Məşhur futbolçuya qarşı ittiham irəli sürüldü, biabır oldu

5 Sentyabr 2020 20:40 Qalmaqal 927
Məşhur futbolçuya qarşı ittiham irəli sürüldü, biabır oldu

Düseldorf prokurorluğu Almaniya millisinin sabiq futbolçusu Kristof Metselderə uşaq pornoqrafiyasının yayılmasına görə rəsmi ittiham irəli sürüb.

Sportinfo.az xəbər verir ki, istintaqın nəticələrinə əsasən, veteran müdafiəçi 2019-cu il 9 iyul - 1 sentyabr tarixləri arasında 3 nəfərə bununla bağlı oxşar sənədlər göndərib.

Həmin şəxslərin məhkəməyə şahid qismində çıxacaqları bildirilib. 2019-cu ildə kriminal polis bölməsinin Metselderin evində apardığı araşdırma nəticəsində uşaq pornoqrafiyasına aid 297 sənəd aşkarlanıb.

Metselder ölkəsində "Bavariya" və "Şalke", İspaniyada isə "Real Madrid"in formasını geyinib.

O, millinin heyətində 2002 və 2006-cı illərdəki dünya çempionatlarında müvafiq olaraq gümüş və bürünc medallar qazanıb. Keçmiş futbolçu 2008-ci ildəki Avropa çempionatında isə komandasının finaladək irəliləməsinə kömək edib.

Digər Xəbərlər
Xəbər Lenti