Məhkəmə Mübariz Mənsimovla bağlı GÖZLƏNİLMƏZ QƏRAR VERDİ

31 Avqust 2020 11:34 Qalmaqal 9 051
Məhkəmə Mübariz Mənsimovla bağlı GÖZLƏNİLMƏZ QƏRAR VERDİ

London Məhkəməsinin qərarı ilə Türkiyədə həbs olunan azərbaycanlı iş adamı, "Xəzər Lənkəran"ın fəxri prezidenti Mübariz Mənsimovun 20 il ərzində Maltada qorunan aktivləri dondurulur.

Sportinfo.az xəbər verir ki, söhbət onlarla şirkət və gəmidən gedir.

Həmin şirkətlərdən bəzilərinin adları da məlum olub. Bunlar: Palmali İnternational Holding Company, Palmali İnternational Holding Two, Palmali Logistics, Palocean Shipping, Paloffshore Oil Services, Palriver Shipping, Palsea Shipping, Tampal Trade, Pal Food, Palchem Holding, Palmali Dry Cargo, Palmali Voyager, Caspian Holding, Pal Air, Pal Gas Holdling, Barge Oil Services, GMM Shipping Trading və GMM Holding şirkətləridir.

Ümumilikdə isə London Məhkkəməsi may ayında M. Mənsimovun dünyadakı aktivlərini dondurub. Mübariz Mənsimovun onları satmaq istəməsi məhkəməyə hörmətsizlik kimi qəbul olunacaq.

Məhkəmə bu qərarı Rusiyanın "Sberbank"ının iddiası əsasında verib. Həmin qərarla həmçinin M. Mənsimovun 261 milyon dollarlıq aktivləri dondurulub.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”