Uqandada futbol oynayarkən yağan leysan yağışlardan qorunmaq üçün samandan hazırlanmış daxmaya sığınan uşaqları ildırım vurub.
Sportinfo.az xəbər verir ki, 13 uşaqdan 10-u dünyasını dəyişib. 9 uşaq hadisə yerində, 1-I isə xəstəxanada vəfat edib.
Yaralanan digər 3 yeniyetmə isə xəstəxanada müalicə olunur. Uqandada 2011-ci ildə məktəblərin birinə ildırım düşməsi nəticəsində 18 uşaq həyatını itirmişdi.

