Futbol aləminin ziyafətində iki nəfər qətlə yetirildi

25 Avqust 2020 14:50 Qalmaqal 763
Futbol aləminin ziyafətində iki nəfər qətlə yetirildi

Braziliya A Seriyasında V turun "Palmeyras" - "Santos" matçından sonra azarkeşlər arasında insident baş verib.

Sportinfo.az xəbər verir ki, hadisə nəticəsində qonaq komandanın iki fanatı güllələnib.

San-Paulu polisi qətli törədən 21 yaşlı kişini həbs edib. O, "Santos" tərəfdarlarına atəş açdığını boynuna alıb. Daha bir nəfəri isə həkimlər sağalda biliblər.

İstintaqın ilkin nəticələrinə əsasən, dava "Palmeyras" və "Santos" "ultraslar"ının qatıldığı ziyafətda baş verib. San Paulu təmsilçisinin fanatı silah çıxarıb, "Santos" azarkeşlərinə atəş açıb və hadisə yerindən qaçıb.

Cinayətkar San-Paulu ştatının həbsxanasına köçürülüb. O, hökm elan olunanadək burada qalacaq. Qarşılaşma "Palmeyras"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!