Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Londonda vəfat edib.
Sportinfo.az xəbər verir ki, bu haqda zakon.kz məlumat yayıb.
İlkin versiyaya görə, 30 yaşlı Aysultan Nazarbayevin ölümünə səbəb ürəktutması olub. Hadisənin təfərrüatları bilinmir.
Dha əvvəl Aysultan Nazarbayevin Böyük Britaniyadan siyasi sığınacaq istəməsi barədə məlumat yayılmışdı. Gənc oğlan ailəsinin ona təzyiq göstərdiyini söyləyirdi.
Aysultan daha əvvəl futbolçu olub. O, müxtəlif vaxtlarda - atası Avstriyada səfir olanda "Admir Vakker" klubunda (2006-cı ildə), sonralar "Çelsi"nin akademiyasında, "Portmunt"un yeniyetmələr komandasında, "Astana"nın əvəzedici həyətində (2011-ci ildə) çıxış edib.
2017-ci ilin fevralından oktyabrınadək Qazaxıstan Futbol Federasiyasının beynəlxaq əlaqələr üzrə vitse-prezidenti olub.
Aysultan Nazarbayev 26 avqust 1990-cı ildə Qazaxıstanın əks-prezidenti Nursultan Nazarbayevin böyük qızı Dariqa Nazarbayeva və Rahat Əliyevin ailəsində anadan olub.
Astanadakı "Beynəlxalq Davamlı Təhsil Kollecində", həmçinin Avstriyadakı "Amerika Beynəlxalq Məktəbi"ndə təhsil alıb. 2010-cu ildə Sandxerstdə "Britaniya Kral Hərbi Akademiyası"nı bitirib. Karyerasını 2012-ci ildə Qazaxıstan Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsində başlayıb. Amma...
Aysultan 2017-ci ildə Facebook-da atasının ölümündən sonra narkotikdən istifadə etdiyini, lakin bu asılılıqdan xilas olduğunu bildirmişdi.
Ötən il isə Aysultan Nazarbayev Londonda polisi dişləmişdi. Həmin vaxt mətbuatda yayılan xəbərlərə görə, Nazarbayevin nəvəsi başqasının mülkünə qanunsuz daxil olan zaman onu yaxalamaq istəyən polisə müqavimət göstərmişdi. Londonda Sautvork kral məhkəməsi Aysultan Nazarbayevə azadlıqdan şərti məhrumetmə cəzası vermişdi.
Nəhayət, Aysultan Nazarbayev bu ilin fevralında Böyük Britaniyadan siyasi sığınacaq istəmişdi. O, bu barədə məlumatı öz facebook səhifəsində yaymışdı. N.Nazarbayevin nəvəsi addımını ailəsinin ona təzyiq göstərməsi ilə izah etmişdi...
Nursulat Nazarbayevin qızı Dariqa Nazarbayeva 29 yaşlı oğlu Aysultanın ölüm xəbərini təsdiqləyib: "Mənim ailəm bizim sevimli Aysultanın itkisindən sonra boş qaldı və bu çətin zamanda tək qalmaq istəyirik".

