Mənsimovun şirkətindən: "Bu dəqiqə maddi sıxıntılarımız var"

8 Avqust 2020 14:22 Qalmaqal 1 509
Mənsimovun şirkətindən: "Bu dəqiqə maddi sıxıntılarımız var"

"Bəli, həqiqətən də belə problemlərimiz var".

Sportinfo.az xəbər verir ki, "Palmali" Şirkətlər Qrupu belə bir açıqlama ilə çıxış edib.

Livanın paytaxtı Beyrutda yerləşən və "Xəzər Lənkəran"ın yaradıcısı Mübariz Mənsimova məxsus "Kapitan Nəğdəliyev" gəmisinə həbs qoyulub.

Gəmidə baş köməkçi kimi çalışan Emin Abışov deyib ki, may ayının 12-dən etibarən Livana gəliblər və gəmini tərk edə bilmirlər: "Gəmidə girov olaraq saxlanılırıq. Mayın 12-dən buradayıq, heç bir yerə çıxa bilmərik.

Bizim sənədlərimizi əlimizdən alıblar və heyəti girov saxlayıblar. Buna səbəb isə "Palmali"nin Estoniyanın bunker kampaniyasına borcu olmasıdır. Məhkəmə qərarı ilə həmin gəmiyə həbs qoyublar".

Şirkətdən bildirib ki, məsələdən xəbərdardırlar: "May ayından gəmimiz o limandadadır. Maddi problemləri aradan qaldırmağa çalışdığımız dönəmdə bu partlayış da problemlərimizi daha da artırdı.

Ancaq "gəmi atılıb", "heç kim maraqlanmır" kimi səsləndirilən ifadələr həqiqətəuyğun deyil. Çünki onlarla maraqlanır, yeməklə təmin olunmasında birbaşa özümüz iştirak edirik.

Bu dəqiqə maddi sıxıntılarımız var, bu da son zamanlar baş verən hadisələrlə bağlıdır. İndiki rəhbərlik çətinliyi aradan qaldırmağa çalışır. Ancaq bütün gəmilərimizlə əlaqə saxlayırıq, olan problemləri aradan qaldırmağa çalışırıq".

Digər Xəbərlər
Xəbər Lenti