Ev dustaqlığına buraxılan millinin kapitanın istintaqı nə yerdədir?

2 İyul 2020 16:42 Qalmaqal 612
Ev dustaqlığına buraxılan millinin kapitanın istintaqı nə yerdədir?

Basketbol üzrə millinin Göyçayda keçirilən təlim-məşq toplanışı bu gün başa çatıb.

İyunun 19-da bir araya gələn komandanın hazırlıq prosesində Amil Həmzəyev də iştirak edib.

30 yaşlı kapitanın Göyçaya aparılması üçün müvafiq istintaq orqanından icazə alınıb. Futbolla bağlı danışılmış oyunlara görə bu ilin əvvəlində həbs edilmiş, daha sonra ev dustaqlığına buraxılmış Amil Həmzəyev ev dustaqlığının müddəti aprelin 16-dan bitib.

Basketbolçunun qardaşı Amin Həmzəyev bununla bağlı Sportinfo.az-a aşağıdakıları bildirib: "Amilin ev dustaqlığında olma müddəti bitdiyi üçün o, hazırda istintaq müddətində olan bir şəxsdir.

Ona görə də rahatlıqla millinin düşərgəsinə qatıla bilir. Biz bunun hüquqi yollarını araşdırmışıq. Hazırda o, sərbəst oyunçudur.

Ona görə də təlim-məşq toplanışında iştirak etməsində heç bir hüquqazidd əməl yoxdur. Hazırda onun məsələsi ilə bağlı istintaq gedir. Vəkilin açıqlamalarına istinad etsəm, bu məsələ tezliklə yekunlaşmalıdır".

Digər Xəbərlər
Xəbər Lenti