“Mübariz Mənsimov “dayı“ dediyi şəxsə qarşı çıxdı, bu vəziyyətə düşdü“

23 May 2020 14:08 Qalmaqal 3 171
“Mübariz Mənsimov “dayı“ dediyi şəxsə qarşı çıxdı, bu vəziyyətə düşdü“

“Mənə dəfələrlə bu sualla müraciət ediblər ki, nəyə görə Mübariz Mənsimovun ətrafındakı situasiya ilə balı susuram. Dərhal cavab verirəm ki, susmuram”.

Sportinfo.az xəbər verir ki, bu sözləri eks Rusiya senatoru, Azərbaycan əsilli milyarder Fərhad Əhmədov özünün “facebook“ səhifəsində yazıb.

“Xəzər Lənkəran“ın sahibi olan Mübariz Mənsimov bu ilin martında İstanbulda həbs olunub. O, fətullahçı terror təşkilatı FETÖ ilə əlaqələrdə ittiham edilir.

KİV-lər dəfələrlə Əhmədov və Mənsimov arasında dostluq münasibətlərinin olduğu haqda yazıblar. F.Əhmədov bu haqda deyib:

“Mən onun məsələsi ilə bağlı Türkiyədə ən yüksək səviyyədə müraciət etmişəm. Lakin hamı başa düşməlidir ki, bu, onların ölkəsidir, onların məhkəməsidir.

Mən dəqiq bilirəm ki, bu məsələdə publiklik, istintaqın gedişinə və məhkəmənin qərarına hansısa formada təsir göstərmə cəhdi, xüsusən də prezidentin mövqeyinə təsir göstərmək cəhdi ancaq əks effekt verə bilər.

Mən bunu başqalarından daha yaxşı bilirəm. Son illərdə şəxsən iki dəfə Rusiya ilə Türkiyə arasında problemlərin “yoluna qoyulmasında” iştirak etmişəm. O cümlədən, sonuncu dəfə beş ay əvvəl.

Mən onun şirkətinin spesifik fəaliyyəti ilə tanış deyiləm, ona görə də ancaq bildiyimi deyə bilərəm. O, uzun illər ərzində öz biznesini 3 dostu ilə sıx qarşılıqlı əlaqə şəraitində qurdu.

Onlardan birini mən yaxından tanıyıram və yeri gəlmişkən, Mübariz ona hörmət əlaməti olaraq “dayı” deyərdi. Bizi də o tanış eləyib.

Lakin son vaxtlar Mübariz hamı ilə münaqişəyə girdi, sayəsində iri biznesmenə çevrildiyi adamlara qarşı getdi. Axı onlarsız, təkbaşına tanker donanması qura bilməzdi. Necə deyərlər, “pozma dostla, yoldaşla təması, yaman olar onun davası”.

F.Əhmədov daha sonra yazır ki, 4 ay əvvəl Mübariz Mənsimov kömək üçün ona müraciət edib. “Mən bacardığımı elədim, amma şərt qoydum ki, o publik olaraq öz partnyorları qarşısında üzr istəsin. O razılaşdı, amma sonra nə oldusa, oldu.

Məni narahat edən odur ki, Mübarizə qarşı dörd əsas şahid nəinki onun şirkətinin rəhbərləridir, eləcə də, ounn yaxın dostlarıdır. Nə baş verib? O, öz əməkdaşları və dostlarıı qarşısında etimadıı itirib?

Həbsdə olanlar və rəhmətə gedənlər haqda ya danışmırıq, ya da ancaq yaxşı şeylər danışırıq. Onun keçmiş əməkdaşları və dostları, mənə məlum olduğuna görə, Mübarizin terrorçularla əlaqələri haqda daışıblar.

Bu haqda, onu hansısa radikal təşkilatlarla əlaqələri haqda heç nə deyə bilmərəm. Mənim yanımda belə söhbətlər aparmayıb və heç vaxt Fətullah Gülənin adını çəkməyib. Əksinə, o, mənə həmişə deyirdi ki, Ərdoğaın tərəfdarıdır.

Mən həqiqətin və ədalətin gücüə inanıram. Zaman hər şeyi öz yoluna qoyacaq. Ona görə də istintaqın və məhkəmənin nəticəsini gözləyək”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"