"Eddi İsrafilovla danışmışam, əhvalı yaxşıdır" - BAŞ MƏŞQÇİ

6 Dekabr 2019 13:13 Qalmaqal 778
"Eddi İsrafilovla danışmışam, əhvalı yaxşıdır" - BAŞ MƏŞQÇİ

"Albasete"nin baş məşqçisi Luis Migel Ramis İspaniya 2-ci liqasının XIX turunda bu gün "Ekstremadura" ilə keçirəcəkləri oyundan danışıb.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis adı yenidən seks qalmaqalında hallanan və 3 il müddətinə azadlıqdan məhrum edilməsi gündəmdə olan millimizin və komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun durumuna da toxunub:

"Eddi ilə danışmışam. Tam sakitdir və yaxşı məşq edib. Əhvalı yaxşıdır. Bu, keçici vəziyyətdir. Hadisəylə bağlı məndə olan məlumat siz jurnalistlərdəki ilə eynidir".

Qeyd edək ki, İsrafilov "Eybar"da çıxış edən vaxt komanda yoldaşları Serxio Enriç və Antonio Lunanın iştirakı ilə olan seksual xarakterli videonu yaymaqda günahlandırılır. Bununla bağlı araşdırma artıq yekunlaşıb. İsrafilov üçün 3 il həbs cəzası tələb olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Yanvar 20:00 Çək və bizə göndər!
18 Yanvar 08:20 "Neftçi"nin kefi kökəldi