Mourinyo Fransa klubunu bir-birinə qatdı

22 Noyabr 2019 12:20 Qalmaqal 765
Mourinyo Fransa klubunu bir-birinə qatdı

"Lill"in baş məşqçisi Kristof Qaltye köməkçiləri Joau Sakramentu və Nunu Santuşun "Tottenhem"ə keçidi haqda danışıb.

Sportinfo.az xəbər verir ki, fransalı mütəxəssis hər iki məşqçinin Joze Mourinyoya köməkçi getməsini ironiya ilə şərh edib:

"Hər kəsin öz yolu, öz baxış bucağı var. Ancaq onların hərəkəti əla idi. Kluba qarşı çox gözəl hərəkət etdilər".

Klubun idman direktoru Luis Kamposun da "Tottenhem"ə keçəcəyi gözlənilir. Fransız məşqçi Kamposun gedəcəyinə inanmadığını bildirib: "Kampos özünü 200 faiz proektə həsr etmiş adamdır. Onun işini yarımçıq buraxaraq getmək istədiyini hiss etməmişəm".

Digər Xəbərlər
Xəbər Lenti