Niderlandda bütün oyunlar dayandırılacaq - irqçiliyə görə

21 Noyabr 2019 12:04 Qalmaqal 891
Niderlandda bütün oyunlar dayandırılacaq - irqçiliyə görə

Niderland Futbol Federasiyası irqçiliyə qarşı aksiya keçirməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, bu həftəsonu Niderland çempionatında baş tutacaq bütün oyunlarda bir dəqiqəlik fasilə yaranacaq. Aksiyanın məqsədi futbolda irqçilik probleminə diqqəti yönəltməkdir.

Xatırladaq ki, birinci liqada oynanılan “Den Boş” – “Ekselsior” oyununda yerli fanatlar rəqibin forvardı Əhməd Moreyroya qarşı irqçilik etmişdi. Buna görə oyun yarımçıq dayandırılmışdı.

“Liverpul”un futbolçusu Jorjinyo Veynaldum Niderland - Estoniya görüşündə qol vurduqdan sonra Frenki de Yonqla birlikdə qollarını göstərərək qol sevincini anti-irqçi mesajla qeyd etmişdilər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti