"Messi mənə "Kəs səsini!" dedi" - TİTE

16 Noyabr 2019 13:46 Qalmaqal 1 190
"Messi mənə "Kəs səsini!" dedi" - TİTE

Braziliya millisinin baş məşqçisi Tite Argentina ilə dünənki yoldaşlıq oyununda (0:1) rəqib komandanın kapitanı Lionel Messi ilə arasındakı mübahisədən danışıb.

Sportinfo.az "goal.com"a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis "Barselona"nın futbolçusunun ona "Kəs səsini!" dediyini bildirib:

"Hakimə etirazımı bildirdim. Çünki Messi sarı vərəqə görməli idi. Mənə "Kəs səsini!" dedi. Mən də qarşılıq verdim. Bu qədər. Bu haqda daha danışmaq istəmirəm. Hakim qətiyyətli olmalıdır. Yoxsa Messi onu "udar".

Digər Xəbərlər
Xəbər Lenti