Hakim oyunu təxirə salacaqdı... - Yenə irqçi şüarlar

16 Noyabr 2019 11:24 Qalmaqal 736
Hakim oyunu təxirə salacaqdı... - Yenə irqçi şüarlar

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Rumıniya və İsveç arasında keçirilən matçda qalmaqal yaşanıb. Sportinfo.az xəbər verir ki, Buxarestdə keçirilən görüşdə yerli azarkeşlər İsveç millisinin üzvü Aleksandr İsaka qarşı irqçi şüarlar səsləndirib.

Oyunun baş hakimi matçı yarımçıq dayandırıb. Stadionun diktorunun azarkeşlərə səslənməsindən sonra fanatlar təhqirlədən əl çəkiblər. Qarşılaşmadan sonra İsak hakimin oyunu yarımçıq dayandırmağa hazır olduğunu bildirib. Amma futbolçu şəxsən özü hakimdən xahiş edib ki, görüşü dayandırmasın. Nəticədə İsveç rumınlara 2:0 hesabı qalib gələrək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti