AFFA ilə bağlı növbəti ŞOK İDDİA - 219 min manat...

14 Noyabr 2019 17:49 Qalmaqal 1 231
AFFA ilə bağlı növbəti ŞOK İDDİA - 219 min manat...

"Tam təsdiq olunmamış məlumata görə, AFFA idman mediasında öz "klanını" yaratmaq üçün ayırdığı vəsaiti qara mühasibatlıqda 219.000 kimi göstərib"

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu şəxsi "Facebook" səhifəsində yazıb. Kifayət qədər ciddi ictimai önəm daşıyan məlumatın haradan qaynaqlandığını dəqiqləşdirmək üçün Cəbrayıloğlunun özü ilə əlaqə saxladıq. XL rəsmisi saytımıza açıqlamasında bunları dedi:

"Hər halda mənbəni deyəsi deyiləm. Sadəcə, belə bir bilgim var. Ola bilər, AFFA rəsmi sənədlərlə açıqlayar və aydın olar ki, əslində hansısa saytlara bu qədər deyil, daha az vəsait ayrılıb.

Digər bir məlumat var ki, "CBC Sport"dan daha təcrübəli şərhçilər zamanla uzaqlaşdırılacaq. Bununla da efirde onların ara sıra sərbəst düşüncə və fikirlərinin qarşısını alacaqlarını əsas tuturlar. Daha sonra isə növbədə "Futbol+" qəzeti gəlir. Qəzetin çapının dayandırılması üçün bütün vasitələrdən istifadə olunacaq.

Ümumiyyətlə, AFFA rəhbərliyi çoxalan etirazları azaltmaq üçün bütün gücünü işə salıb və salacaq. Məsələn, mən bir ay öncə yazdım ki, AFFA "Facebook"da iki böyük səhifə yaradacaq. Bir az keçdi, "90+"in onların ideyası olduğu üzə çıxdı. Materiallarına baxın, hər şey ortadadır. İkinci səhifə isə məşhur bir səhifədir. Bu hazır səhifəni də alıblar və artıq orada ölkə futbolu ilə bağlı əvvəlki paylaşımları görmürük".

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı