Baş məşqçini yıxan futbolçuya sərt cəza - 7 oyun, 25 min cərimə

14 Noyabr 2019 15:29 Qalmaqal 447
Baş məşqçini yıxan futbolçuya sərt cəza - 7 oyun, 25 min cərimə

Almaniya bundesliqasının XI turunun "Frayburq"la səfər oyununda rəqib komandanın baş məşqçisi Kristian Ştrayxı itələyib yerə yıxan "Ayntraxt"ın müdafiəçisi David Abrahamın cəzası bəlli olub.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, Almaniya Futbol Birliyi argentinalı futbolçunu 7 oyunluq diskvalifikasiya edib. Bundan başqa, 33 yaşlı oyunçu 25 min avro cərimələnib.

Qeyd edək ki, sözgedən oyunda yan xətdən topu oyuna daxil etmək üçün qaçan Abraham bilərəkdən baş məşqçini çiyni ilə vuraraq, yerə yıxmışdı. Bundan sonra rəqib komandanın futbolçuları müdafiəçinin üstünə hücum çəkmişdilər. Görüşün baş hakimi Feliks Brix isə Abrahamı qırmızı vərəqə ilə meydandan qovmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti