Millidəki qalmaqalın detalları - "Sən indi "bomba" oğlansan?"

12 Noyabr 2019 18:08 Qalmaqal 1 248
Millidəki qalmaqalın detalları -

"Mançester Siti"nin yarımmüdafiəçisi Rahim Sterlinq və "Liverpul"un müdafiəçisi Co Qomesin İngiltərə millisindəki münaqişəsinin təfərrüatları müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa oyununda başlayan mübahisənin yığmada alovlanmasının səbəbi Sterlinqin həmkarına dediyi sözlər olub. Bu barədə britaniyalı jurnalist Rob Dorsett "Sky Sports"un canlı efirində məlumat verib. Onun sözlərinə görə, Qomesə yaxınlaşan Sterlinq ona "Sən indi "bomba" oğlansan?" deyib. Ardınca isə "Liverpul"lu futbolçunun üzərinə gedərək, onun boğazından yapışıb.

Milli üzvləri əvvəlcə Sterlinqin zarafat etdiyini düşünüb və onun hərəkətini gülüşlə qarşılayıblar. Ancaq "Siti"li oyunçunun ciddi olduğunu görən Qomes buna aqressiv şəkildə reaksiya verib. Komanda yoldaşlarının müdaxiləsindən sonra futbolçuları bir-birindən ayırmaq mümkün olub.

Qeyd edək ki, həmin qalmaqala görə yığmanın baş məşqçisi Qaret Sautqeyt Sterlinqi düşərgədən uzaqlaşdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib