Bakıya gələcək məşqçinin özündən 15 yaş kiçik sevgilisi - FOTOLAR

12 Noyabr 2019 14:24 Qalmaqal 776
Bakıya gələcək məşqçinin özündən 15 yaş kiçik sevgilisi - FOTOLAR

Millimizin AÇ-2020-nin seçmə mərhələsindəki rəqiblərindən Uels seçməsinin baş məşqçisi Rayan Giqqz özündən 15 yaş kiçik xanımla eşq yaşayır.

Sportinfo.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 45 yaşlı veteran futbolçu sabiq klubu "Mançester Yunayted"in məşhur DJ-lərindən Helen Stellinqlə münasibətdədir. Cütlüyün bir müddət öncə Türkiyədə evlənən Rio Ferdinandın toyuna da birlikdə qatıldığı bildirilir.

30 yaşlı gözəl model həm də futbol həvəskarıdır. O, "Mançester Yunayted"in bütün oyunlarını tribunadan izləyir.

4 il öncə qardaşı Rodrinin xanımı ilə gizli eşq yaşayan və buna görə sərt tənqidlərə məruz qalan Giqqzin indi də özündən 15 yaş kiçik xanımla münasibətdə olması birmənalı qarşılanmır.

Qeyd edək ki, Giqqzin başçılıq etdiyi Uels millisi noyabrın 16-da Bakıda millimizin qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti