Boşandığı həyat yoldaşından 204 milyon istəyir - FOTOLAR

11 Noyabr 2019 19:39 Qalmaqal 1 180
Boşandığı həyat yoldaşından 204 milyon istəyir - FOTOLAR

Rusiya yığmasının sabiq yarımmüdafiəçisi Denis Qluşakov keçmiş həyat yoldaşı Daryanı məhkəməyə verib.

Sportinfo.az xəbər verir ki, hazırda "Axmat"da çıxış edən 32 yaşlı futbolçu ona dəyən mənəvi ziyanın ödənilməsini tələb edib.

Qroznı klubunun üzvü iddia edir ki, keçmiş xanımı ona qızı ilə görüşməyə şərait yaratmır və mənəvi ziyan vurur. Bu məqsədlə Qluşakov 201 milyon ailə büdcəsinin dağıdılması, 2 milyon barəsində yanlış informasiyaları yayması və 1 milyon rubl mənəvi zərərə görə - ümumilikdə, 204 milyon rubl təzminat tələb edir.

Cütlük arasında 1 ildir davam edən məhkəmə davası hələ yekunlaşmayıb. Əvvlki iddiaya əsasən, Darya birgə əmlakın yarıya bölünməsi və Denisin ona aliment ödəməli olduğunu tələb edib.

Cütlük 2009-cu ildə ailə həyatı qurub. Valeriya və Aleksandra adında iki qızları var. Qluşakovlar 2018-ci ilin sentyabrında boşanıblar. Darya səbəb kimi Denisin ona çox sayda xəyanət etdiyini bildirib. Futbolçu isə ayrılmağı xanımının ailə büdcəsini hara gəldi xərcləməsilə əlaqələndirmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!