Neymardan "Şaxtyor"un futbolçusuna dəstək - FOTOLAR

11 Noyabr 2019 17:10 Qalmaqal 713
Neymardan "Şaxtyor"un futbolçusuna dəstək - FOTOLAR

Ukrayna Premyer-Liqasının "Dinamo" ilə görüşündə irqçi şüarlarla üzləşən "Şaxtyor"un hücumçusu Taysona dəstək gəlməkdədir.

Sportinfo.az xəbər verir ki, braziliyalı futbolçuya həmyerlisi Neymar da dəstək olub.

PSJ-nin forvardı şəxsi "instagram" hesabında Taysona dəstək xarakterli paylaşım edərək "İrqçiliyə yox!" sözlərini yazıb.

Xoşagəlməz hadisə ikinci hissədə yaşanıb. Azarkeşlərin təhqir etdiyi braziliyalı onlara orta barmağını göstərərək topu fanatlara tərəf vurub. Bundan sonra baş hakim oyunu dayandıraraq futbolçuları meydandan çıxarıb. Braziliyalı oyunçu isə ağlamağa başlayıb. Maraqlıdır ki, matç bərpa edilən kimi referi Taysona qırmızı vərəqə göstərib. Məhz "orta barmaq" və topu tribunaya tərəf vurduğu üçün.

Görüş 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Yeganə qolu "şaxtaçılar"dan Sergey Krivtsov vurub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!