Azarkeşlər Xavini istefaya səslədi - "RƏDD OL!"

10 Noyabr 2019 13:32 Qalmaqal 1 050
Azarkeşlər Xavini istefaya səslədi -

Qətərin "Əl-Sədd" klubunun azarkeşləri komandanın carim mövsümdəki çıxışından narazıdır.

Sportinfo.az xəbər verir ki, İspaniya millisi və "Barselona"nın sabiq üzvü Xavi Ernandesin çalışdırdığı komandanın yerli çempionatın son turunda "Qətər"ə 0:3 hesabı ilə uduzması fanatları lap özündən çıxarıb. Bir qrup azarkeş matçın fasiləsində "Xavi, rədd ol!" şüarları səsləndirərək, gənc mütəxəssisi istefaya çağırıb.

Qeyd edək ki, Xavinin bu ilin may ayından çalışdırdığı "Əl-Sədd" son 4 çempionat oyununun 3-də uduzub və hazırda 4-cü sırada yer alır. Son çempion liderdən isə 11 xal geri qalır.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib