Klub prezidenti futbolçunun evinə basqın təşkil etdi

10 Noyabr 2019 12:57 Qalmaqal 627
Klub prezidenti futbolçunun evinə basqın təşkil etdi

"Napoli" azarkeşləri Çempionlar Liqasının IV turunun "Zalsburq"la (1:1) oyunundan sonra komandanın yarımmüdafiəçisi Allanın evinə basqın ediblər.

Sportinfo.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki. hadisə noyabrın 8-i, axşam saatlarında baş verib. Naməlum şəxslər braziliyalı futbolçunun evinin pəncərəsindən içəri daxil olaraq, əşyaları sındırmağa başlayıblar. Ancaq evdən heç nə oğurlanmayıb.

Yaşanan qorxunc hadisəyə sərt reaksiya verən Allanın hamilə xanımı Tayya şəxsi "İnstagram" hesabında bunları yazıb: "Bu qədər bəsdir! Hesab edirəm ki, vəziyyət nəzarətdən çıxır. Ona görə də daha buna dözmək fikrində deyiləm. Həyat yoldaşıma meydanda etdiklərinə görə yox, kimlərsə tərəfindən qəsdən atılan böhtanlara görə hücum olunur. Onlar əsl həqiqəti təhrif etmək istəyirlər.

Bu dəfə isə naməlum şəxslər evə daxil olaraq, içəridə xaos yaratdılar, uşaq otaqlarını viran qoydular. Uşaqlarım çox qorxdu, ağladı. Bu, futbol deyil. Siz komandanızı belə dəstəkləməli deyilsiz".

İddiaya görə, hadisə "Napoli" prezidenti Aurelio De Laurentisin göstərişi ilə törədilib. Futbolçularla münasibəti yaxşı olmayan klub prezidenti onları bu üsullarla qorxutmaq və özündən asılı vəziyyətə salmaq istəyir.

Digər Xəbərlər
Xəbər Lenti