Tərlan Əhmədov özündən çıxdı: "Çaşma, Füzuli!" - VİDEO

9 Noyabr 2019 19:08 Qalmaqal 1 126
Tərlan Əhmədov özündən çıxdı: "Çaşma, Füzuli!" - VİDEO

Premyer Liqanın XI turunun "Keşlə" - "Neftçi" oyununun son dəqiqələrində daha bir qalmaqal baş verib.

Sportinfo.az-ın stadionda olan əməkdaşının verdiyi məlumata görə, qonaqların kapitanı Emin Mahmudovun rəqib futbolçu Sezar Meza Kolliyə qarşı kobud oyunundan sonra meydanda ara qarışıb.

Əvvəlcə "Keşlə"nin yarımmüdafiəçisi Vüsal İsgəndərli epizoda görə sərt etiraz edib. Daha sonra isə "məsələ"yə "Neftçi"nin məşqçisi Füzuli Məmmədov və "Keşlə"nin çalışdırıcısı Tərlan Əhmədov qarışıb. Özündən çıxan Əhmədov Roberto Bordinin köməkçisinə "Çaşma, Füzuli!" deyə, sərt reaksiya verib.

Bundan sonra isə hakim hər iki məşqçiyə sarı vərəqə göstərib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı