Klub prezidenti qərar verdi: Baş məşqçini qovacaq!

9 Noyabr 2019 21:08 Qalmaqal 679
Klub prezidenti qərar verdi: Baş məşqçini qovacaq!

"Napoli"nin prezidenti Aurelio de Laurentis baş məşqçi Karlo Ançelottini qovmağa hazırlaşır.

Sportinfo.az xəbər verir ki, iş adamı hətta ÇL-in qrup mərhələsinin 4-cü turunun "Zaltsburq"la görüşündən sonra bu addmı atmaq istəyib.

Lakin komandanın hüquqşünası biznesmeni fikrindən daşınıdırıb. Laurentisə izah edilib ki, əgər Ançelottini indi yola salsa, mövsümün sonuna qədər ona aylıq əmək haqqını ödəməlidir.

Rəhbərliklə-məşqçi arasında bir müddət əvvəl yaranan narazılıq və incikliyin səbəbi de Laurentisin futbolçulara bazadan çıxmamaq tapşırığı verməsi idi. Klub prezidenti eyni zamanda Ançelottiyə irad bildirmişdi ki, artıq hörmətdən düşüb, futbolçulara sözünü keçirə bilmir. Məşhur filmmeyker də məhz bu səbəbdən Karlo Ançelottini göndərməyi düşünür.

Digər Xəbərlər
Xəbər Lenti