"Əhmədovun göstərişi ilə vərəqə verirsiz?" - Bordin özündən çıxdı

9 Noyabr 2019 18:03 Qalmaqal 1 093
"Əhmədovun göstərişi ilə vərəqə verirsiz?" - Bordin özündən çıxdı

Premyer Liqanın hazırda davam edən "Keşlə" - "Neftçi" (0:0) görüşünün ilk hissəsində maraqlı məqam diqqətdən qaçmayıb. Sportinfo.az-ın "ASCO Arena"da olan əməkdaşı xəbər verir ki, baş hakim Vüqar Həsənli qonaqların müdafiəçisi Tural Axundovun rəqib yarımmüdafiəçi Sezar Meza Koliyə qarşı kobudluğunu bir qədər gec - Tərlan Əhmədovun sərt reaksiyasından sonra "sarı" ilə qiymətləndirib. Bu, "ağ-qaralar"ın çalışdırıcısı Roberto Bordini özündən çıxarıb. Əsəbi şəkildə 4-cü hakim Rauf Cabbarovla mübahisəyə başlayan italyan ona "mənə cavab ver, baş məşqçi dediyi üçün göstərirsiz vərəqəni?" deyə, iradlarını bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib