Mənsimov Mahirə Lənkərandan çıxmağa 15 dəqiqə vaxt veribmiş

7 Noyabr 2019 16:19 Qalmaqal 1 661
Mənsimov Mahirə Lənkərandan çıxmağa 15 dəqiqə vaxt veribmiş

"Mahir Şükürovu da "aldılar". Az əvvəl sosial şəbəkədə qəhrəmana çevrilən keçmiş futbolçu da bayrağı yerə atıb, təslim oldu".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğluya məxsusdur. O, sosial şəbəkə profilində millinin sabiq müdafiəçisinin AFFA-nın baş katibi Elxan Məmmədov tərəfindən susdurulmasına eyhamla bunları qeyd edib:

"Bir şeyi deyim sizə, yəqin ki, Mübariz Mənsimov qədər futbolçuya dəyər verən ikinci klub prezidenti olmayıb. Hamıyla qardaş münasibəti qurub. Amma tək Mahir Şükürova bu sözü demişdi: Sənə Lənkəranı tərk etməyə 15 dəqiqə vaxt verirəm. İclas bitəndə sən artıq Lənkəranın hüdudlarını tərk et!".

Digər Xəbərlər
Xəbər Lenti