Teleaparıcı Elçin Əlibəylinin Olimpiya çempionu Namiq Abdullayevin qardaşı Natiq Abdullayev tərəfindən döyülməsi iddiası araşdırılıb.
Sportinfo.az xəbər verir ki, bu barədə teleaparıcının özü sosial şəbəkə vasitəsilə məlumat yayıb.
"Yazdığım statutsa DİN tərəfindən dərhal reaksiya verildi və başda cənab nazir, general-polkovnik Vilayət Eyvazov olmaqla məsələnin həlli üçün çevik addımlar atıldı. Bakı Şəhəri Baş Polis İdarəsi məsələyə müdaxilə edərək mənim tapdalanmış haqqımı bərpa etmək üçün dərhal tədbirlər gördü.
Bakı Şəhəri Baş Polis İdarəsini rəisi general-mayor Mirqafar Seyidov, İstintaq İdarəsinin rəisi polkovnik Nazim İsmayılov və digər əməkdaşlar xüsusi diqqətlə məsələnin həllinə nail oldular. Həmçinin, Yasamal rayon 29-cu Polis şöbəsinin rəsi, polkovnik Ayxan Bağırov bu məsələdə haqqın tərəfində durdulər. Bir daha əmin oldum ki, Azərbaycan polisi dövlətimizin, vətəndaşıarın keşiyində durmaqla bərabər, onlara xüsusi qayğı və diqqət göstərir. Qonşumla olan mübahisədə məhz polislərin iradəsi iə razılıq əldə edib, barışdıq. Düşmən olmaq mənim prinsiplərimə ziddir!. Sizə, əziz feysbuk dostlarım və mətbuatda çalışan həmkarlarım mənə göstərdiyiniz qayğıya görə təşəkkür edib, ehtiramla önünüzdə baş əyirəm!

