Azarkeşlərlə insident yaşayan "Arsenal"ın yarımmüdafiəçisi Qranit Caka kapitan sarğısından məhrum edilib.
Sportinfo.az xəbər verir ki, baş məşqçi Unay Emerinin seçimi ilə kapitanlıq Pyer-Emerik Obameyanqa verilib.
İspaniyalı çalışdırıcı Premyer Liqanın 10-cu turunun "Kristal Pelas"la görüşündən sonra azarkeşləri söyən və formasını əynindən çıxarıb yerə çırpan isveçrəli futbolçunu bağışlamayıb.

