Namiq Abdullayev: "Elçin Əlibəyli səviyyəsiz hərəkət edib"

5 Noyabr 2019 14:17 Qalmaqal 2 577
Namiq Abdullayev: "Elçin Əlibəyli səviyyəsiz hərəkət edib"

Teleaparıcı Elçin Əlibəyli sərbəst güləş üzrə olimpiya və 3 qat Avropa çempionu Namiq Abdullayev tərəfindən döyüldüyünü iddia edir.

Sportinfo.az xəbər verir ki, bu barədə Əlibəyli şəxsi "Facebook" səhifəsində yazıb. O, hadisənin oktyabrın 19-da baş verdiyini bildirib.

Məsələ lə bağlı unikal.org-a açıqlama verən olimpiya çempionu Elçin Əlibəylini tanımadığını deyib: "Bu məsələnin mənə aidiyyatı yoxdur. O yalandan bu barədə yazıb. Onunla mənim heç bir tanışlığım yoxdur, nə də qonşum deyil. Kiminlə nə isə ədavəti olubsa, məni ora qatmağı düzgün deyil. Mən ümumiyyətlə, yarış vaxtı xalça üzərində hakim nə qərar versə, onunla razılaşan adamam. O ki, qaldı kənarda nə isə olsun. Bu mənə yaraşan hal deyil. Onun düşüncəsi yoxdur? Özü də ali savadlı şəxsdir. Ya özünə haqq, ya da bəraət qazandırmağa çalışır. Mən onun səviyyəsinə düşmək istəməzdim. O, səviyyəsiz hərəkət edib. Məni hamı tanıyır, işim də bəllidir. Bilirlər ki, belə durumlardan uzaq biriyəm".

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Sərxan Musalı Sportinfo.az saytına açıqlamasında baş vermiş hadisənin federasiyaya aidiyyatının olmadığını deyib: "Bununla bağlı xəbərləri biz də bir az əvvəl saytlarda gördük. Bildiyimiz qədərilə, Elçin Əlibəylini döyən olimpiya çempionumuzun qardaşı Natiq Abdullayevdir. Onun isə federasiyamızla yaxından-uzaqdan əlaqəsi yoxdur.Bu məsələdə Namiq Abdullayevin adının hallanması düzgün deyil".

Sportinfo.az-a daxil olan məlumata görə, Namiq və Arif Abdullayevlərin qardaşları Natiqlə münasibətləri elə də yaxşı deyil.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!