ŞOK! Teleaparıcını olimpiya çempionumuz döydürüb? - FOTO

5 Noyabr 2019 13:40 Qalmaqal 3 052
ŞOK! Teleaparıcını olimpiya çempionumuz döydürüb? - FOTO

Teleaparıcı Elçin Əlibəyli Azərbaycan Güləş federasiyasının vitse-prezidenti Namiq Abdullayev tərəfindən döyüldüyünü iddia edir.

Sportinfo.az xəbər verir ki, bu barədə aparıcı sosial şəbəkədə paylaşım edib.

Siyasi fikirlərinə görə qonşusu Olimpiya çempionu Namiq Abdullayev tərəfindən döyüldüyünü iddia edən E.Əlibəyli bildirib: “Əziz həmkarlar, dəyərli ziyalılar, kimin üçün dəyərliyəmsə, mənə hörmət qoyursa, bu mürəciətimi işqlandırınsın.

Oktyabrın 19-u qonşum tərəfindən siyasi motivlərə görə döyülsəm də, bu günə kimi döyən şəxs olimpiya çempionu Namiq Abdullayev olduğu üçün Daxili İşlər Nazirliyi susur. Bu ölkədə haqq-ədalət yoxdur nəticəsinə gəlirəm. Mənim davam döyülmək və söyülmək davası deyil. Avropa çempionu olan qonşumun fənd işlədərək, təpiklə mənim əməliyyatdan yenicə çıxan disk yırtığı (qrija) yaramı partlatması hesabına aldığım ağır zərbədən günlərlə çəkdiyim əziyyətdir. Təcili əməliyyat olunmalıyam, amma mən bu yazını yazanda belə, ağrıkəsici iynənin təsiri ilə yazıram. Mənə yalnız sizin mənəvi dəstəyiniz lazımdır!”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti