"Xəzər"in həbsdə olan sabiq prezidentinin səhhəti pisləşdi

5 Noyabr 2019 14:31 Qalmaqal 1 307
"Xəzər"in həbsdə olan sabiq prezidentinin səhhəti pisləşdi

Bu gün “Günay Bank”ın keçmiş sədr müavini və “Xəzər” futbol klubun prezidenti olmuş, dələduzluqda təqsirləndirilən Emin Zeynalovun məhkəməsi keçirilməli idi.

Sportinfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin icraatına olan prosesdə baxış iclası keçiriləcəkdi.

Lakin dustaq Zeynalov Penitensiar Xidmət tərəfindən məhkəməyə gətirilmədiyi üçün iclas baş tutmayıb. Məlumata görə, "Xəzər" klubunun sabiq prezidentinin səhhətində problem olduğu üçün məhkəmə olmayıb.

Proses noyabrın 13-də davam etdiriləcək.

Zeynalov 18 nəfərə 14 milyon manat ziyan vurmaqda ittiham olunur. Onun aldatdığı adamlar arasında yüksək vəzifəli şəxslər də var. Emin Zeynalov 2000-2004-cü illərdə "BUSBank"ın (hazırkı "Kapital Bank") rəhbəri olmuş Zakir Zeynalovun oğludur. Z.Zeynalov daha sonra “Finans Lizinq” ASC Müşahidə şurasının sədri olub və Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və Maliyyə insititutları" kafedrasının dosentidir. (qafqazinfo)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti