FOTO/FAKT - "Topaz“ mərc həvəskarlarının cibinə necə girir?

3 Noyabr 2019 23:00 Qalmaqal 1 122
FOTO/FAKT - "Topaz“ mərc həvəskarlarının cibinə necə girir?

Olkə ərazisində mərc oyunları hüququnu özündə saxlayan “Topaz »ın bu il də Azəraycan bazarına yeni bukmeyker kontorlarının gəlməsinin qarşısını alması barədə məlumatlar artıq KİV-lərdə dolaşmaqdadır.

Seçimsiz qalan mərc oyun həvəskarları «Topaz»ın təklif etdiyi geniş olmayan seçimlərlə həvəslərini öldürmək məcburiyyətindədi. İqtisadi idarəetmə sahəsindəki yeni kadr dəyişiklikləri bu inhisar sahəsində yeniliklərlə bağlı insanları ümidləndirsə də, bunun yaxın zamanlarda reallaşması, belə görünür ki, hələlik çətindir.

Antiinhisar sahəsinin tənzimlənməsinə məsul olacaq yeni nazirin - Mikayıl Cabbarovun elə ilk müsahibəsindəcə dediyi bu mövzudakı fikirlər mövqeyimizi təsdiq edir:

"Azad rəqabət nəyə görə vacibdir, nəyə görə bu təməl prinsipdir?! Çünki rəqabət olduğu şəraitdə biznesin məhsuldarlığı artır, istehlakçının hüquqları daha aydın şəkildə qorunur. Artıq bazarda alıcı ilə satıcı arasındakı münasibət bir tərəfin diktəsinə əsasən deyil, tələb-təklif əsasında qurulur. Bizim iqtisadiyyatda hələ də antiinhisar sahəsində problemlərlə rastlaşırıq. Ona görə də bizim başlıca vəzifələrimizdən biri antiinhisar orqanının fəaliyyətini gücləndirmək, onu zəruri olan mütəxəssislərlə təmin etmək, digər tərəfdən çatışmayan qanunları qəbul etmək, mövcud olan qanunvericiliyin isə tətbiqini gücləndirməkdir".

İndi biz də ümid edirik ki, bazara yeni rəqib girənədək «Topaz» öz xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması və mərc həvəskarlarının onların markalarının yeni markaya dəyişməməsi üçün zərurui tədbirləri görəcək. Bəs inhisar vəziyyətində olan etopaz hazırda necə işləyir? Gəlin baxaq:

Aşağıdakı şəkillərdə «Topaz»la yazışmadan hissə və mərc qoyuluşu kuponunun udub-uduzmasını əks etdirən səhifələrin «screen-shot»u əks olunub. Aydın başa düşməniz üçün qeyd edim ki, pul komandaların vuracağı qolun sayı ilə bağlı və ancaq üst qoyuluşlara edilib.

Buna baxmayaraq, şəkildəki yazışmadan da göründüyü kimi, oyunların nəticəsində («Spartak» Moskva – «FC Rostov»: 2:1 və «Torpedo» Moskva – «Baltika» 1-0) hər iki qoyuluşdakı komandalar («Rostov» və «Torpedo») ust yazılmış rəqəmdən aşağı nəticələr göstərsə belə, kuponun birində «udub», digərində isə «uduzub» yazılıb.

Bəli, sevinmək olar ki, əslində, hər ikisi uduzmalı olduğu halda, birinə uduş yazılıb. Ancaq bu, daha ciddi bir sual yaradır: Uduşların sayılmasının vahid qaydası yoxdursa, qoyuluş edənlər hansı halda uduşa ümid elə bilərlər? Və mərc həvəskarları belə mərc şirkəti ilə əməkdaşlığı hansı əsasla və necə davam etdirsinlər?

Necə deyərlər, ət budursa, pişik hanı və ya pişik budursa, ət hanı?

Ancaq görünən odur ki, mərc həvəskarları belə davam etməsini istəməsələr də, «Topaz»ın başbilənləri bu cür «işləmək»də maraqlı və qərarlıdırlar.

Vüqar Hüseynli

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti