Ukrayna Milli Antikorrupsiya Bürosu boks üzrə sabiq dünya çempionu Vitali Kliçkoya qarşı cinayət işi qaldırıb.
Sportinfo.az xəbər verir ki, Kiyevin 48 yaşlı meri hakimiyyət səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinir.
Kliçko Şulyavsk yol ötürücüsünə ayrılmış vəsaitin mənimsənilməsində ittiham edilir.
Karyerasını 2012-ci ildə başa vurmuş boksçu bir müddət əvvəl brifinqdə məhz jurnalistin korrupsiya faktı ilə bağlı sualından sonra qəzəblənmiş, çəkiliş aparan mətbuat nümayəndəsinin telefonunu əlindən almağa cəhd göstərərək zor tətbiq etmişdi.

