12 oyunluq cəzalanacaq

2 Noyabr 2019 14:43 Qalmaqal 702
12 oyunluq cəzalanacaq

2015-ci ildən bu ilin yayına qədər "Real"da çıxış etmiş Kiko Kasilya ağır cəzaya məruz qala bilər.

Sportinfo.az xəbər verir ki, hazırda karyerasını İngiltərədə - Çempionşipdə "Lids"in heyətində davam etdirən 33 yaşlı qapıçı "Çarlton"un hücumçusu Conatan Lekonu irqçi şüarlarla təhqir edib.

Futbolçu təhqir olunması barədə görüşün baş hakiminə məlumat verib. Qurum video-təkrara baxıb qapıçının Lekonu söyməsini dodaq hərəkətləri ilə müəyyənləşdirəcək. Britaniya mətbuatı yazır ki, İngiltərə Futbol Assosiasiyası Kasilyanı 12 oyunluq diskvalifikasiya edəcək.

Kasilya 2014-cü ildə 1 dəfə İspaniya millisinin formasını geyinib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti