Beqoviçlər ailəsi Robert Prosineçkini "təlxək" adlandırdı

31 Oktyabr 2019 18:32 Qalmaqal 911
Beqoviçlər ailəsi Robert Prosineçkini "təlxək" adlandırdı

AÇ-2020-nin seçmə mərhələ oyunlarına növbəti dəfə dəvət almayan Asmir Beqoviçin atası Əmir Beqoviç Bosniya və Herseqovina yığmasının baş məşqçisi Robert Prosineçki ilə federasiya prezidenti Elvedin Begiçin ünvanına sərt ifadələr işlədib.

Sportinfo.az xəbər verir ki, ata Beqoviç "facebook"da oğlunun yenidən millidən kənar qalması barədə fikrini paylaşarkən federasiya rəhbərliyinə qarşı ağır sözlər deyib.

Amirin fikrincə, oğlunun milliyə çağırılmamasına sırf Elvedin Begiç səbəbkardır. “Asmirin yığmaya dəvət almaması Futbol İttifaqının prezidenti ilə bağlıdır. Bu təlxək - Prosineçki isə, sadəcə, bir alətdir”.

Asmir Beqoviç sonuncu dəfə milliyə ötən ilin oktyabrında çağırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib