Qəzada ölən futbolçu ürək dağladı - "Anama sözüm var"

31 Oktyabr 2019 11:29 Qalmaqal 1 111
Qəzada ölən futbolçu ürək dağladı - "Anama sözüm var"

Türkiyənin Bursa şəhərində gənc futbolçu yol qəzasında həyatını tirib.

Sportinfo.az xəbər verir ki, hadisə Mudanya rayonunda baş verib.

Məktəb avtobuslarından birinin sürücüsü idarəetməni itirərək avtomobil səkidə dayanan şagirdlərin üstünə sürüb. Hadisə nətiəsində ağır yaralanan şagirdlərdən 15 yaşlı İsgəndər Şimşək adlı futbolçu xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Türkiyənin Həvəskarlar liqasında mübarizə aparan "Nilüfər Altınşəhər Gənclik və Spor" klubunda oynayan (qapıçı) İsgəndərin iki il öncə sosial mediada etdiyi paylaşım üzə çıxıb və hər kəsin kədərlənməsinə səbəb olub. Gənc futbolçu media hesabında bu sözləri yazıb: "Anama sözüm var. Onu villalarda yaşadacam".

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib