Məşhur futbolçunun evinə silahlı basqın - xanımı hədələndi

30 Oktyabr 2019 16:48 Qalmaqal 809
Məşhur futbolçunun evinə silahlı basqın - xanımı hədələndi

İtaliya millisi və "Yuvenus"un sabiq yarımmüdafiəçisi Klaudio Markizio silahlı soyğuna məruz qalıb.

Sportinfo.az "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib. Veteren futbolçunun Vinovodakı evinə daxil olan oğrular onu və həyat yoldaşı Robertanı tapança və buracla hədələyiblər. Nəticədə Markizio evdə olan pul və zinət əşyalarını cinayətkarlara verməyə məcbur olub.

Klaudio artıq baş verən hadisə ilə bağlı polisə müraciət edib, araşdırma aparılır.

Ötən ay karyerasını başa vuran Markizionun son klubu "Zenit" olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti