Qranit kimi Caka - ÜZR İSTƏMƏYƏCƏK!

29 Oktyabr 2019 19:00 Qalmaqal 1 041
Qranit kimi Caka - ÜZR İSTƏMƏYƏCƏK!

"Arsenal"ın yarımmüdafiəçisi Qranit Cakanın azarkeşlərlə qarşıdurmadan sonra üzr istəyəcəyi gözlənilsə də, əksi baş verib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqanın 10-cu turunun "Kristal Pelas"la qarşılaşmasında (2:2) əvəzlənərkən azarkeşlər tərəfindən fitə basılan alban əsilli isveçrəli qarşılıq olaraq futbolkasını əynindən çıxararaq ehtiyat skamyaya yox, birbaşa paltardəyişmə otağına yollanıb.

Görüşdən sonra londonluların baş məşqçisi Unay Emeri futbolçunun düz hərəkət etmədiyini, kapitan sarğısının əlindən alınacağını və üzr istəyəcəyini bildirmişdi. Lakin Caka 48 yaşlı ispan məşqçinin tələbini rədd edib.

Deyəsən, isveçrəli futbolçu Qranit adını əbəs yerə daşımır. Caka sanki qranit (bərkimiş dağ süxuru) kimi möhkəm olduğunu, baş məşqçiyə əyilmədiyini nümayiş etdirir.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib