Top əvəzinə jurnalistin fotoaparatını təpiklədi

28 Oktyabr 2019 16:33 Qalmaqal 727
Top əvəzinə jurnalistin fotoaparatını təpiklədi

“Breşia”nın ulduzu Mario Balotelli yenə də öz ampluasındadır. Sportinfo.az xəbər verir ki, Mario növbəti dəfə insident törədib. “Cenoa” ilə qarşılaşmada (1:3) heç nə ilə yadda qalmayan Balotelli oyunun 72-ci dəqiqəsində əvəzlənib.

Mario əvəzləndiyi üçün əsəbiləşib və hirsini jurnalistin fotoaparatından çıxıb. O, meydanı tərk edərkən fotoaparatı təpikləyib. Fotoaparatın sahibi məsələyə belə münasibət bildirib:

“Balotelli əvəz olunarkən kameranı sanki futbol topu kimi vurdu. Fotoaparata ciddi zədə dəyib və işləmir. Bərk əsəbləşmişəm. İnsanlara, onların çörək pulu qazandıqları alətlərə hörmətlə yanaşmaq lazımdır”.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib