Millimizin 2 sabiq futbolçusu oyun “alver”i etdi, ömürlük cəza aldı

26 Aprel 2023 20:40 Qalmaqal 4 728
Millimizin 2 sabiq futbolçusu oyun “alver”i etdi, ömürlük cəza aldı

Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarının sabiq üzvləri Ziyadxan Məmmədov və Qvanzav Maqomedov Rusiyada futboldan ömürlük kənarlaşdırılıblar.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, buna sözügedən futbolçuların danışılmış oyunların təşkilində iştirakı səbəb olub.

İddiaya görə, hazırda "Yesentuki"də çıxış edən qapıçı Məmmədov və klubun sabiq rəhbəri Maqomedov bir neçə şəxslə əlbir olaraq, II Liqada keçirilmiş "Salyut” (Belqorod) - "SKA-Xabarovsk-2" görüşünün nəticəsini manipulyasiya ediblər.

Ötən il oktyabrın 20-də oynanılmış qarşılaşma Belqorod təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Danışılmış oyunda əli olan şəxslərlə bağlı cinayət işi açılacaq.

Ziyadxan Məmmədov 2013-2015-ci illərdə Azərbaycanın U-17 və U-19 yığmalarında, Qvanzav Maqomedov isə U-21 millisində çıxış edib.

28 yaşlı qolkiper müxtəlif vaxtlarda "Neftçi", "Zirə" və "Zaqatala"nın da formasını geyinib. 29 yaşlı veteran müdafiəçi isə "Şahdağ", "Zirə", AZAL, "Bakı", "Səbail", "Sabah" və "Sumqayıt"ın şərəfini qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"