Vasif Talıbovun klubu məhkəməlik oldu – Ölkədən xarici valyuta çıxarırmış…

29 Yanvar 2023 11:00 Qalmaqal 3 877
Vasif Talıbovun klubu məhkəməlik oldu – Ölkədən xarici valyuta çıxarırmış…

I Divizionda çıxış edən "Araz-Naxçıvan” Peşəkar Futbol Klubu barəsində protokol tərtib edilib.

Sportinfo.az xəbər verir ki, bölgə təmsilçisinin rəhbərliyi iqtisadi fəaliyyət qaydalarını pozmaqda təqsirli bilinir.

Kluba İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol yazılıb.

Müddəanın tələblərinə əsasən, Naxçıvan təmsilçisi xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin hər hansı xidmət almayıb və həmin valyuta ölkəyə geri qaytarılmayıb.

Protokola Naxçıvan şəhər Məhkəməsində baxılacaq. İddia təsdiqini taparsa, klubu ölkədən çıxardığı valyutanın 30 faizi məbləğinda cərimə gözləyir.

Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova bağlılığı ilə tanınan "Araz-Naxçıvan” 1967-ci ildə təsis edilsə də, 2013-cü ildə bərpa olunub.

Komanda 2014-cü ildə Azərbaycan Premyer Liqasında mübarizə aparıb və çempionatı yarımçıq tərk edib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!