QALMAQAL: Premyer Liqanın bombardiri Əfranla Raufu təhqir etdi!

24 Yanvar 2023 20:40 Qalmaqal 1 512
QALMAQAL: Premyer Liqanın bombardiri Əfranla Raufu təhqir etdi!

“Kəpəz”in sabiq futbolçusu Fazil Pərvərov sosial şəbəkədə yazdığı şərhlərlə diqqət çəkib.

Uzun illər sarı-göy rənglərə könül vermiş veteran futbolçu Əfran İsmayılovla Rauf Əliyevin klubdan ayrılması ilə bağlı paylaşım edərkən sərt sözlərdən istifadə edib.

“Bu futbolçuların “Kəpəz”dən getmələri klubumuzun heç də xeyrinə olmadı. Kluba sırınmışların heç bir xeyri dəymədi. Bunların “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədovdan öyrənəcəyi çox şey var. Uğurlar olsun, “Kəpəz”ə!”

Hazırda "Kəpəz"də U-14 komandasında köməkçi-məşqçi çalışan Fazil bəyin Azərbaycan millisinin sabiq üzvlərinə qarşı bu cür mövqe sərgiləyib, əvəzində Tərlan Əhmədovun müdafiəsinə qalxması Müşviq Məmmədovun xoşuna gəlməyib.

“Kəpəz”in stajlı azarkeşinin Pərvərovun cavabını verməyə çalışması ortaya belə bir dialoqun çıxmasına səbəb olub.

M.M. - Nə vaxt oynadılar ki, xeyrlərinin dəyib-dəymədiyinə qərar verdin? Sabah Tərlan Əhmədov getsə, nə deyəcəksiniz?

F.P. - Sən də hamıya ağır verirsən. Bunlar lazım olsaydı, başqa klublar götürərdi. Elə Qurban bunları vaxtında klubdan qovmuşdu.

M.M. – Mən hələ ağıl verməyə başlamamışam, Fazil baba. Amma çoxunuz yalan danışırsınız, bunu da hamı görür, ayıbdır artıq. Nə Əfranla, nə də Raufla bura gələnə kimi salamım olub. Burda danışanların əksəriyyəti üzlərinə bir dənə belə, söz demədi. Komandadan kənarlaşdırılana kimi Əfran azı 1 ay, Rauf 3-4 ay Gəncədə oldu. Üzlərinə demək şansı var idi hamının. Sağ olsun, Mark Zukerberq, bu andırı yaratdı. Görə-görə gəlirik”.

F.P. - Sən mənim hansı yalanımı deyirsən? Ağlına gələni yazma, məni kiminləsə səhv salma. Lazım olsa bu düdüklərin qulağlarına çıxıb deyərəm. Bir az ağıllı ol!”

M.M. - Mən ağllıyam. Nə demək istədiyimi başa düşən düşər. Söz deyəndə niyə pisinə gəlir ki? Ümumiyyətlə, niyə aqressivsən ki? Sual verdim, başladın ki, mən ağıl verirəm, nə bilim nə. Sakit olun, hocam”.

F.P. “Kəpəz”i sevmək və onu sevmək lazımdır. Bu klub Gəncəyə aiddir, kiminsə şəxsi klubu deyil.

Fazil Pərvərov 9 il “Kəpəz”in formasını geyinib, ayrı-ayrı vaxtlarda “Xəzri”, “Viləş”, “Şəmkir” kimi komandaların uğurları üçün tər töküb.

1995/96 mövsümündə “Kəpəz”dəki komanda yoldaşı ilə birlikdə hərəsinə 23 qol olmaqla Premyer Liqanın bombardiri olub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti