“Sportinfo”nun yaydığı ŞOK XƏBƏR təsdiqləndi - 2 futbolçu “alver”ə görə ömürlük “silindi”!

19 Yanvar 2023 16:00 Qalmaqal 709
“Sportinfo”nun yaydığı ŞOK XƏBƏR təsdiqləndi - 2 futbolçu “alver”ə görə ömürlük “silindi”!

Azərbaycanda 2 futbolçu danışılmış oyunlarda iştiraka görə ömürlük diskvalifikasiya edilib.

AFFA-nın rəsmi saytı Sportinfo.az-ın təqribən 1 ay öncə yaydığı məlumatı bu gün rəsmi surətdə təsdiqləyib.

Həmin yazıların linkləri: -

https://www.sportinfo.az/idman_xeberleri/1_divizion/157662.html

https://www.sportinfo.az/idman_xeberleri/1_divizion/160218.html

Bildirilib ki, MOİK-in futbolçuları Fərmayıl Əliyev və Emin Mehtiyev futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum olunub.

Tərəflər bu qərarı aldıqdan sonra 15 (on beş) gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına apellyasiya şikayəti verə bilərlər.

Emin Mehtiyev peşəkar karyerasına 2010-cu ildə “Neftçi”də başlayıb. Yarımmüdafiəçi 2015-ci ilə qədər paytaxt klubunun şərəfini qoruyub.

2015-2017-ci illərdə “Sumqayıt”da, 2017-2018-ci illərdə “Səbail”də çıxış edib. Daha sonra “Qaradağ Lökbatan”, Türkiyə aşağı liqa təmsilçisi “Niksar Bələdiyyəspor”da forma geyinib.

Premyer Liqada sonuncu klubu isə “Keşlə” olub. Azərbaycanın müxtəlif yaşlılarında ibarət millilərinə dəvət alıb. O, həmçinin əsas yığmaya da çağırılıb.

Fərmayıl Əliyev isə karyerasına 2013-cü ildə “Turan Tovuz”da başlayıb. Hücumçu daha çox division təmsilçilərində çıxışı ilə tanınıb.

AFFA tərəfindən oyun alqı-satqısında günahlandırılan və 2016-cı ildə I Divziondan uzaqlaşdırılan “Şərurspor”un da sıralarında yer alıb. Ötən il isə Premyer Liqaya vəsiqə qazanan “Turan Tovuz”dan MOİK-də keçib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti