Azərbaycanda 2-3 futbolçu “oyun alveri”nə görə… ŞOK XƏBƏR!

21 Dekabr 2022 19:00 I Divizion 1 271
Azərbaycanda 2-3 futbolçu “oyun alveri”nə görə… ŞOK XƏBƏR!

I Divizionda çıxış edən 2-3 futbolçu nəzarət altına alınıb.

Sportinfo.az bu haqda qeyri-rəsmi yeni informasiya əldə edib.

Redaksiyamıza daxil olan məlumata görə, iki komandanın oyunçuları sorğulanlr. Onlar bu məqsədlə hüquq-mühafizə orqanlarına dəvət olunub. Adları açıqlanmasa da, “oyun alveri”nə görə təhqiqata cəlb edildiyi bildirilir.

Bilindiyi kimi, I Divizionda ilk dövrəyə yekun vurulub. 32 xal toplayan «Araz Naxçıvan» ili qış çempion olaraq başa vurub.

«Turan Tovuz» və «Neftçi»nin əvəzedici komandaları 28 xalla ikinci-üçüncü sıraları bölüşdürür.

AFFA birincilikdə fasilə elan olunar-olunmaz araşdırmaya başlayıb. UEFA-dan quruma danışılmış oyunlarla bağlı yeni məktub daxil olub.

Avropa futbol qurumunun Bakıya göndərdiyi məktubda 10-a yaxın oyunun nəticəsinin şübhə doğurduğu vurğulanır

Təhqiqat buna əsasən aparılır. Bildirilir ki, AFFA problemili mövzunun araşdırılmasında hüquq-mühafizə orqanlarından kömək istəyib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!