Millidə qarşıdurma, qruplaşma, yoxsa..? – QARANLIQ OLAY!

21 Sentyabr 2022 14:00 Qalmaqal 1 907
Millidə qarşıdurma, qruplaşma, yoxsa..? – QARANLIQ OLAY!

“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayevin UEFA Millətlər Liqasının qarşıdakı 2 matçı üçün milliyə dəvət almaması birmənalı qarşılanmadı.

Ağdam klubunun heyətində davamlı olaraq forma şansı qazanan yarımmüdafiəçinin ölkənin əsas yığmasından kənarda qalmasının səbəbləri haqda indi çox danışılır.

Sentyabrın 22-də Trnava şəhərində Slovakiyanın qonağı olacaq Azərbaycan millisi 3 gün sonra Bakıda Qazaxıstanı qəbul edəcək.

O, instaqram hesabında baş məşqçi Canni De Byazi tərəfindən düşərgəyə çağırılmaması ilə bağlı üstüörtülü fikirlər söyləyib:

“Milliyə dəvət almamağımla bağlı mənə çoxlu suallar ünvanlanır. Təbii ki, yığmadan kənarda qalmaq ilk növbədə vətənini sevən bir azərbaycanlı kimi, daha sonra futbolçu kimi məni məyus edir.

Hazırda özümü yaxşı hiss edirəm. Dəvət olunmamağım zədə ilə bağlı deyil. Tam səmimiyətimlə inanıram ki, dəvət alan hər kəs orada olmağa layiqdir.

Komanda yoldaşlarım qarşıdakı iki görüşdə yaxşı çıxış edəcəklər və onların uğur qazanacağına əminəm. Yığmaya uğurlar arzulayıram. Hər iki matçda milli formamı geyinib, komanda yoldaşlarıma mənəvi dəstək olacam.

“Qarabağ”a gəlincə isə 3 günlük istrahətdən sonra məşqləri bərpa edəcəyik. Bütün diqqətimi klubun növbəti oyunlarına yönəldəcəyəm.

Həm çempionatda, həm də avrokuboklarda uğurlu nəticə əldə etmək istəyirik. Mənə dəstək olan və olmayan hər kəsə sonsuz təşəkkürlər”.

Mətbuatda yayılan xəbərlərə görə, Qara Qarayevin milliyə çağırılmamağının səbəbi ötən toplanışdan Canni De Byazi ilə aralarında olan gərginlikdir.

Belə ki, yarımmüdafiəçi Millətlər Liqasının bundan öncəki 4 oyununda meydana az çıxmasına görə baş məşqçiyə irad bildirib.

İtalyan mütəxəssis isə öz növbəsində bunun onu seçimi olduğunu deyib. Həmin vaxt millinin düşərgəsini tərk etmək istəyən Qara Qarayevə komanda yoldaşları mane olub.

Daha sonra aradakı problemlər böyüyüb və AFFA rəhbərliyi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdan Q.Qarayevlə söhbət etməsini və bu məsələni bağlanmasını xahiş edib. Yarımmüdafiəçinin bu toplanışa çağırılmamasının da səbəbi budur.

Yayılan bu xəbərlərin əksəriyyəti həqiqətdir. Tərəflər arasında başqa bir problem da özünü göstərib. Yarımmüdafiəçi yalnız özünün deyil,

həmçinin digər futbolçuların da haqsızlığa məruz qalmasını De Byazinin nəzərinə çatdırıb. Bildirib ki, əsas heyət seçiminin ona məxsuas olmasına şübhə ilə yanaşır, bu da kollektiv daxilində ciddi narazılıq yaradıb.

Qarayev məşqlərin plansız keçirilməsindən, rəqiblərin analizinin düzgün aparılmamasından də gileylənib. Qaranın söhbətinə yığmanın bir neçə futbolçusu da qarışıb və italyan çalışdırıcıdan AFFA-ya giley-güzar edib.

Federasiya mənsublarının bu haqda ona ünvanladığı suallar isə De Byazini daha da qıcıqlandırıb.

Apenninli komanda daxilində onun əleyhinə bir qrupun formalaşmasını, Qaranın da onların başında dayanmasını iddia edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti