Tanınmış hücumçunun komandadan qovulması ilə bağlı ŞOK FAKTLAR - Sən demə...

18 Sentyabr 2022 16:40 Qalmaqal 1 280
Tanınmış hücumçunun komandadan qovulması ilə bağlı ŞOK FAKTLAR - Sən demə...

Tərlan Əhmədov “Kəpəz”ə baş məşqçi təyin olunan kimi ilk diqqət çəkən işi Rauf Əliyevi əsas komandadan uzaqlaşdırmaq oldu.

Həmin vaxt Rauf onsuz da cəzalı idi.

“Səbail”lə oyunda etdiyi intizamsızlığa görə 5 oyunluq “istirahətə” göndərilmiş, 4 min manatlıq cəriməyə layiq görülmüşdü.

Düşünmək olardı ki, 33 yaşlı hücumçu yeni baş məşqçinin rəhbərliyi altında çıxdığı məşqdə ciddi intizamsızlıq edib, təcrübəli çalışdırıcıya qarşı hörmətsiz davranıb, ya da kiminsə yanında nəsə danışıb ki, bu cür işlərdə həssas olan mütəxəssis onu komandadan qovub.

Araşdırma aparanda məlum oldu ki, Əhmədov Əliyevin əlindən çoxdan “qan ağlayırmış”.

Futbolçu əvvəlki dönəmdə bir neçə dəfə indi baş məşqçisi olan şəxslə üz-üzə gəlsə də, nəinki salam verməyib, heç ona tərəf baxmayıb da. Millimizin sabiq kapitanı Raufun adını incik düşdüklərinin “siyahısına yazıb”.

4-cü turda Əliyevin “Səbail” - “Kəpəz” oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Mahmud Qurbanovla kəllə-kəlləyə gəlməsi Tərlan Əhmədovu bir az da hiddətləndirib.

Onda hələ “Kəpəz”in baş məşqçisi deyildi, Yaşar Vahabzadənin yola salınacağı günü gözləyirdi. Buna baxmayaraq, Əliyevin Mahmud bəyə sərt reaksiya verməsi Əhmədovu qıcıqlandırıb.

O, məsələyə “bu gün Mahmuda qarşı edəni sabah mənə də edər” düşüncəsi ilə Raufun adını “qara siyahıya” salacağını özü üçün qətiləşdirib.

“Kəpəz”də işləməyə başladığı dəqiqədən gözü hər yerdə, hər imkanda Əliyevi, daha doğrusu, futbolçuda səhv axtarıb. Və arzusu çox keçmədən gerçəkləşib.

Rauf məşqlərin birində Abdullahi Şuaybu ilə hansısa məsələyə aydınlıq gətirmək istəyəndə baş məşqçi bunu görüb. Söhbətin kökünə varmadan Əliyevin intizamsızlıq etdiyini düşünən Əhmədov ona komanda üzvlərinin yanında sərt reaksiya göstərib.

Futbolçu da dözməyərək nə baş verdiyini soruşanda baş məşqçinin səs tonu bir az da yüksəlib, tərəflər arasında kiçik gərginlik yaşanıb və nəticədə millimizin sabiq hücumçusunu komandadan uzaqlaşdırıb.

Yəni komandadakı ilk günlərində sərt üzünü göstərmək niyyətinə əvvəldən qaraladığı Rauf Əliyev “qurban gedib”.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!