Azərbaycanda iki komanda arasında kütləvi dava: 7 futbolçu diskvalifikasiya olundu

17 Sentyabr 2022 00:50 Qalmaqal 1 527
Azərbaycanda iki komanda arasında kütləvi dava: 7 futbolçu diskvalifikasiya olundu

AFFA-nın İntizam Komitəsi U-17 Liqasında yaşanan xoşagəlməz hadisənin günahkarları cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, insident V turun “Kəpəz” – “Qarabağ” oyununda baş verib.

Görüşün 86-cı dəqiqəsində bir qrup futbolçunun iştirakı ilə kütləvi dava-dalaş baş verib.

Nəticədə hakim 7 nəfərə - “Kəpəz”in qapıçısı Cəfər Abbasov, futbolçuları Ülvi Cabbarov, Hüseyn Hüseynov, Qaya Nəsibov, həmçinin “Qarabağ”ın oyunçuları Elton Babazadə, Kamil Sadiqov, Sabir Rzazadə qırmızı vərəqə verib.

AFFA bu oyunçuların hamısını cəzaya layiq görüb. Hər oyunçu 6 matçlıq diskvalifikasiya edilib.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”