Paltardəyişmə otağında QALMAQAL: “Mən sizin yerinizə utandım”

16 Sentyabr 2022 21:20 Qalmaqal 5 560
Paltardəyişmə otağında QALMAQAL: “Mən sizin yerinizə utandım”

Azərbaycan çempionu “Qarabağ” dünən növbəti avrokubok oyununu keçirdi.

Qurban Qurbanovun komandası Avropa Liqasının qrup mərhələsinin II turunun matçına çıxdı.

Ağdam təmsilçisi “Nant”ı qəbul etdi. Liqa 1 təmsilçisi ilə qarşılaşma “Qarabağ”ın qrupdakı ilk ev sınağı oldu.

Ötən həftə Almaniyada keçirilən “Frayburq”la matçda (1:2) olduğu kimi yenə oyunun əvvəlində rəqib daha üstün təsir bağışlayıb.

Lakin fransalıların 10-15 dəqiqəlik təzyiqinin qarşısını inamla alan “Qarabağ” bu dəfə də təşəbbüsə yiyələnib.

“Köhlən atlar”ın ilk yarıda sərgilədiyi üstün futbol nəticə verməsə də, fasilədən az sonra hesab açılıb. Ovusu Kvabena “Nant”ın qapısına yol tapıb – 1:0.

Qonaqlar buraxılan qoldan özünə gəlməmiş Abdullah Zubir ikinci topu fransalıların qapısından keçirib. Rəqibin matçın sonunadək təzyiq altında saxlayan “Qarabağ” Marko Yankoviçlə fərqi üç topa çatdırıb.

Matçın final fitindən dəqiqələr sonra qonaqların paltardəyişmə otağında gərgin anlar yaşanıb.

Əsəbi şəkildə içəri daxil olan Antuan Kombuare əvvəlcə taktika lövhəsini, sonra əlindəki su qabını zərblə yerə çırpıb.

Əlləri ilə başını tutan çalışdırıcı 4-5 dəqiqə susub, ardınca “mən sizin yerinizə utandım” söyləyərək, otağı tərk edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti