“Qarabağ” – “Sabah” oyunundakı ƏSL QALMAQALLI HADİSƏ - VİDEO

12 Sentyabr 2022 12:40 Qalmaqal 1 513
“Qarabağ” – “Sabah” oyunundakı ƏSL QALMAQALLI HADİSƏ - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan çempionatının 6-cı turunda “Qarabağ” və “Sabah” üz-üzə gəlib.

Sportinfo.az xəbər verir ki, Qurban Qurbanovun komandasının 4:3 hesabı ilə qalib gəldiyi matçın 90+1-ci dəqiqəsində qalmaqallı an yaşanıb.

Belə ki, “Qarabağ”ın hücumu zamanı “Sabah” müdafiəçilərinin uzaqlaşdırmaq istədiyi top ağdamlıların futbolçusuna dəyib yan xətdən çıxsa da, hakim fərqli qərar verir.

Yan xətt hakimi “Qarabağ”ın topu oyuna daxil etməli olduğunu göstərir. Nəticədə hücum davam edir, rəqib müdafiəçi cərimə meydançasında Kadi Borxesə qarşı kobud oynayır və meydan sahibləri penalti vurmaq hüququ əldə edir.

Sonda Qurban Qurbanovun komandası 4:3 hesablı qalibiyyətə sevinir.

“Sabah” futbolçuları buna etiraz etsə də, maraqlıdır ki, baş hakim İnqilab Məmmədov VAR-a baxıb qərarın doğru olub-olmadığını yoxlamır.

Həmin epizodu təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”