“Bunu erməni də etməz, Allah bəlanızı versin!”

11 Sentyabr 2022 22:40 Qalmaqal 2 296
“Bunu erməni də etməz, Allah bəlanızı versin!”

Tərlan Əhmədov da “Kəpəz”in dərdinə məlhəm ola bilmədi.

Gəncə təmsilçisi Premyer Liqanın hesabat turu çərçivəsində səfərdə “Turan Tovuz”la qarşılaşmada növbəti – 6-cı məğlubiyyətini aldı.

Komandanın yeni baş məşqçisi heyətdə müəyyən dəyişikliklərə əl atmaqla komandasının topa nəzarət etməsinə nail olsa da, “Kəpəz” meydanı yenik tərk etdi.

Oyundan sonra gəncəli fanatların qəzəbini hiss etmək çətin deyildi. “Kəpəz”in “feysbuk” səhifəsində yenilgini əks etdirən paylaşımın yerləşdirilməsi azarkeşləri bir az də özündən çıxardı.

“Kəpəz” aşiqləri sevimli komandalarının düşdüyü halı qəbul edə bilmir, vəziyyətin bu həddə çatmasına görə günahkar(lar)ı təhqir və tənqid edir. Hədəf nöqtəsi isə “sarı-göylər”i Premyer Liqaya hazırlayıb, indiki heyəti yığan Yaşar Vahabzadədir.

Şərhlərə nəzər salaq:

“İstəyirsən Ronaldonu gətirsinlər. Bu komandadakıların 90 faizi geridə qalmışlardır. Ayıb olsun, vallah, ayıb. Harda ölüvay var, hamısı “Kəpəz”dədir. Neçə illərdir bunu gözləyirdik?”

“İnan Allaha, yeriniz “divizion”dur”.

“Ostatka”, torbanın dibində qalan, “zapravka”lardan, yarmarkalardan yığılan “Kəpəz” komandası. Yaşar, AFFA, Allah sizin bəlanızı versin”.

“Bu kollektiv düzələn deyil. Hamısı 1 illik müqavilə bağlayıb, müqavilə bitəcək, çıxıb gedəcəklər. Elə içi Tərlan Əhmədov qarışıq. Siz pul qazanacaqsınız, itirən isə Gəncə futbolu, minlərlə fanat olacaq”.

“Tərlan guya məşqçidir? Kişi futbolçu bəyənmir. Sən özün nə futbol oynamısan ki, kimisə bəyənməyəsən? Özün meydanda öz qapımıza top vuran futbolçu olmusan, indi gəlib Əfranı Raufu bəyənmirsən. Sən get özünə bax, gör kim olmusan, ay Tərlan”.

“Axır qəminiz olsun deyərdim, amma olmayacaq. Çünki yağışdan çıxıb yağmura düşdük. Yaşar getdi, yerinə Tərlan gəldi. Heyf, çox heyf. Fuad İsmayılov, Xaliq Mərdanov kimi məşqçilər qalıb kənarda, gör “Kəpəz”də kimlər məşqçilik edir”.

“Kəpəz”i Yaşar bu vəziyyətə saldı. Camaat da hər bu oyunları gördükcə səni “yad edir”. İnsan nə qədər xain ola ki, “Kəpəz”i bu günə sala. Bu hərəkəti erməni də etməz, amma Yaşar etdi”.

“Kəpəz”i bu vəziyyətə salanları Tanrıya həvalə edək”.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti