Azərbaycan yığmasının futbolçusu keçmiş klubunu məhkəməyə verdi və qazandı

9 Sentyabr 2022 13:00 Qalmaqal 3 119
Azərbaycan yığmasının futbolçusu keçmiş klubunu məhkəməyə verdi və qazandı

Azərbaycan yığmasının yarımmüdafiəçisi Namiq Ələsgərov «Bursaspor»dan FİFA-ya şikayət edib.

Buna səbəb Türkiyə klubunun onun qarşısında götürdüyü maliyyə öhdəliklərini yerinə yetirməməsidir.

Problem ondadır ki, Ələsgərovu 2021-ci ilin sentyabrında «Neftçi»dən transfer edən «yaşıl timahlar» 2+1 illik müqavilə şərtlərinə barmaqarası yanaşıb, həmçinin futbolçunun 4 aylıq əməkhaqqısını ödəməyib.

Bu ilində əvvəlində rəhbərliyini dəyişən, amma TFF I Liqada mövqeyini qoruya bilməyən Bursanın eyniadlı təmsilçisi dəfələrlə vəd versə də, Namiqi pul məsələsində bezdirib.

Klubun II Liqaya yuvarlanmasından sonra azad agent statusu alan millimizin üzvü digər keçmiş komanda yoldaşları kimi FİFA-ya müraciət edib və işə baxan ali futbol qurumu onun lehinə qərar çıxarıb.

Mənzil-qərargahı İsveçrədə yerləşən təşkilat «Bursaspor»un sabiq oyunçusuna borclu olması haqda qərar çıxarıb və borcun ödənilməsi üçün qarşı tərəfə vaxt verib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti